FİKİR ÇƏKMƏK (ELƏMƏK)
FİKİR GÖTÜRMƏK
OBASTAN VİKİ
Fikir
Təfəkkür — cisim və hadisələr arasındakı qanunauyğun əlaqə va münasibətlərin ümumiləşmiş və vasitəli inikasından ibarət olan mürəkkəb idrak prosesidir. Təfəkkür başqa idrak proseslərindən fərqli olaraq cisim və hadisələrin daxili əlaqələrini, mahiyyətini əks etdirir. Bunsuz xarici aləmi dərk etmək, onun qanunauyğunluqlarından istifadə etmək mümkün olmazdı. Hiss və duyğular vasitəsilə toplanan məlumatın beyində cəmlənməsi və istehsalı ′′′təfəkkür′′′ adlanır. Təfəkkür cism və hadisələrin mahiyyətinin onlar arasında asılılıqların insan şüurunda ümumiləşmiş və vasitəli inkasından ibarət idrak prosesidir. Şüur onun özəyi, duyğu və qavrayış isə mənbəyidir. == Təfəkkür anlayışı == Təfəkkür ali psixi fəaliyyətin insana məxsus bir forması olub, cisim və hadisələrdən, onlar arasındakı əlaqə və qanunauyğunluqlardan əqli nəticə çıxarmaq qabiliyyətinə deyilir. Təfəkkür prosesinin əsasını əqli (insana məxsus olan həyat təcrübəsi, bilik ehtiyatları) qabiliyyət təşkil edir. Başqa sözlə, təfəkkürə intellektin aktiv fəaliyyət forması da demək olar. Duyğu, qavrama, təsəwür proseslərindən fərqli olaraq təfəkkür zamanı insan faktları müqayisə və təhlil edir, onların arasındakı əlaqələri, qanunauyğunluqları və digər münasibətləri nəzərdən keçirir, bunların əsasında mühakimə yürüdür.
Aşiq olmaq
Eşqə düşmə, vurulmaq, aşiq olmaq adətən başqa bir insana qarşı güclü bağlılıq və sevgi hisslərinin inkişafıdır. İngilis dilində bu termin (ing. falling in love) metaforik xarakter daşıyır, prosesin fiziki "yıxılma" aktı kimi ani, idarəolunmaz olduğunu və sevgilini “xəstəliyə düşmək” və ya “tələyə düşmək” kimi həssas vəziyyətdə buraxdığını vurğulayır. Bu, həm də prosesdə aşağı beyin mərkəzlərinin əhəmiyyətini əks etdirə bilər, bu, rasional beyni (Con Klizin sözləri ilə desək) “bu aşiq olmaq çox qəribədir...” nəticəsinə gətirə bilər. O, okkultizmlə həmsərhəddir”. == Faktorlar == === Psixoloji === “Aşiq olana güclü töhfə verən məlum faktorlara yaxınlıq, oxşarlıq, qarşılıqlılıq və fiziki cəlbedicilik daxildir”, eyni zamanda, proses köhnə uşaqlıq bağlılıq nümunələrinin yenidən aktivləşdirilməsini nəzərdə tutur. İki insan arasında dərin qurulmuş psixoloji paralellər də onların cütləşmə-bağlanmasının əsasını təşkil edə bilər ki, bu da sadəcə narsisistik identifikasiyası ilə həmsərhəd ola bilər. Yunqçular eşqə düşmək prosesini anima və ya animusun digər insana proyeksiyası kimi baxırlar və bunun daxil ola biləcəyi anlaşılmazlıq potensialı var. === Kimyəvi === Eşqə düşmə zamanı iki kimyəvi reaksiya baş verir ki, bu da oksitosin və vazopressinin artmasıdır; və Elisabeth Young-Bruehl göstərir ki, "biz aşiq olduğumuz zaman öz beynimizin emosional mərkəzlərindən keçən təbii amfetamin axınına düşürük". Sosiobiologiyaya gəlincə, vurğulanır ki, həyat yoldaşlarının seçimi yalnız başın öhdəsinə buraxıla bilməz və kompleks neyrokimyəvi dəstək tələb olunmalıdır.
"Fikir" qəzeti
Naxçıvan Dövlət Universiteti — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == Naxçıvan Dövlət Universitetinin tarixi 1967-ci ildən başlayır. Belə ki, həmin ildə yaradılmış Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı 5 il sonra isə müstəqil ali məktəbə çevrilərək, Naxçıvan Dövlət Pedaqoji İnstitutu olmuşdur. Ona görə də Naxçıvan Dövlət Universiteti onların varisidir. === Filial dövrü === 1960-cı illərdə Sovetlər birliyində ali təhsil ocağı olmayan yeganə Muxtar Respublika Naxçıvan idi. Ə. Əhmədov göstərişə əsasən Naxçıvana gələrək burada APİ-nun Naxçıvan şəhərində açılması nəzərdə tutulan filialı üçün bina (həmin bina 1967-ci ildən 1972-ci ilə kimi keçmiş 1 nömrəli məktəbin yerində, indiki Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Bioresurslar institutunun yerləşdiyi yerdə fəaliyyət göstərmişdi) müəyyən etdi və kadr məsələsi də müzakirə olundu. APİ-nin rektoru Şövqi Ağayev 27 avqust 1967-cil il tarixdə yenicə təşkil olunmuş APİ-nin Naxçıvan filialına Əli Əliyevi direktor vəzifəsinə təyin olunması haqda əmr vermişdi. Əli Əliyev 1967-ci ilin sentyabr ayından 1970-ci ilin may ayına qədər Naxçıvan filialın direktoru kimi çalışmışdı.1967-ci il sentyabrn 1-də APİ-nin Naxçıvan filialına tələbələrin qəbulu təşkil olunmuş və fəaliyyətə başlamışdı. 1967-ci ilin sentyabr ayında APİ-nin Naxçıvan filialında 3 pedaqoji ixtisas Azərbaycan dili və ədəbiyyat, tarix və riyaziyyat ixtisasları təşkil olunmuş və yalnız 3 ştatda müəllim- tarix elmləri namizədi, dosent Əli Əliyev, filologiya elmləri namizədi dosent Yavuz Axundov, Mahmud Mahmudov çalışırdı. APİ-nin Naxçıvan filialında 1967-ci il üçün Azərbaycan dili və ədəbiyyat, tarix və riyaziyyat ixtisasları üzrə 105 tələbə qəbulu həyata keçirilmişdi.
Yeni Fikir
Yeni Fikir (ing. New Idea) — İnkubasiya və Akselerasiya mərkəzi və eyniadlı startap müsabiqəsi. Yeni Fikir startap müsabiqəsi 2013-cü ildən etibarən keçirilir. İndiyə kimi 6 dəfə həyata keçirilən müsabiqəyə 977 startap layihəsi cəlb olunub ki, onlardan seçilən ən perspektivli 40 startap layihəsinin inkişafı inkubasiya xidmətləri, cümlədən toxum investisiya imkanları ilə dəstəklənib. Bununla belə, proses zamanı minlərlə biznes təşəbbüskarına startap biznesində innovasiyalar və sahibkarlıq fəaliyyəti istiqamətində təlim və mentorluq xidmətləri verilib. 2013-cü ildən etibarən müsabiqə çərçivəsində cəlb olunmuş startapların, eləcə də innovasiya ekosisteminin inkişafınatəqribən 260,000$ investisiya qoyulub. Belə ki, keçirilən hər bir müsabiqə müddətində yeni startapların formalaşması, həmçinin mövcud startapların inkişaf etdirilməsi istiqamətində təlim və mentorluq xidmətləri verilmiş, seçilmiş ən perspektivli startapların inkişafı isə inkubasiya xidmətləri, o cümlədən toxum investisiya imkanları ilə dəstəklənmişdir. Yeni Fikir perspektivli startapların inkişafı üçün müstəqil fəaliyyət göstərən 2 İnkubasiya və Akselerasiya mərkəzini özündə birləşdirir. Yeni Fikir MMC hazırda müxtəlif universitet və elmi tədqiqat müəssəsiləri, eləcə də Azad İqtisadi Zonalar Agentliyi, KOBİA və müxtəlif özəl şirkətlərlə əməkdaşlıq edir.
Con Malkoviç olmaq
Con Malkoviç olmaq (ing. Being John Malkovich) — 1999-cu ildə istehsal olunmuş sürrealist ABŞ filmi. Spayk Consun rejissorluq etdiyi bu filmin senari müəllifi Çarli Kaufmandır. == Süjet == Yenicə işə düzəlmiş olan kuklaçı bir adam ofisdə məşhur Hollivud aktyoru Con Malkoviçin ağlına girməyə imkan verən sirli portalla rastlaşır. == Rollarda == John Cusack — Craig Schwartz Kameron Diaz — Lotte Schwartz Catherine Keener — Maxine Lund John Malkovich — özü və John Horatio Malkovich Orson Bean — Dr. Lester Mary Kay Place — Floris Çarli Şin — özü W. Earl Brown — First J.M. Inc.
"Yeni fikir" qəzeti
Azad Fikir Universiteti
Azad Fikir Universiteti — alternativ təhsil layihəsi. 2009-cu ilin oktyabrından fəaliyyət göstərir. == Ümumi məlumat == Azad Fikir Universiteti 2009-cu ilin oktyabrında öz fəaliyyətində başlamışdır. Layihənin məqsədi gəncliyin rahat toplaşaraq bilik əldə etməsi, müasir, demokratik dəyərlərlə tanış olması, sərbəst müzakirələr apara bilməsi, bir sözlə öz tələbəlik həyatını zənginləşdirməsidir. Azad Fikir Universiteti gənclər və tələbələr üçün alternativ bir təhsil və müzakirə məkanıdır. Layihə çərçivəsində hər çərşənbə axşamı və cümə axşamı iki saat uzunluğunda interaktiv mühazirələr keçirilir. Azad Fikir Universitetinin uğuru sərbəst mühitdə keçirilən mühazirələrin mövcudluğu və həmin mühazirələrin video və audio yazılarının internet vasitəsilə müxtəlif sosial şəbəkələrdə yayılması ilə əlaqədardır. 2010-cu ildə Azad Fikir Universiteti İnternetdə İfadə Azadlığı üzrə ilk illik diplomatik mükafatına layiq görülüb. 2011-ci ildə layihənin vebsəhifəsi Milli Net — Milli İnternet Mükafatının Elm və Təhsil kateqoriyası üzrə qalibi seçilmişdir. Layihə OL!
Makroiqtisadi fikir tarixi
İlk iqtisadçılar monetar amillərin real istehsala təsir etməsinə inanmırdılar, bazarın özü-özünü tənzimlədiyini və ona müdaxilənin çox cüzi, hətta olmamasının tərəfdarı idilər. Con Meynard Keyns isə belə klassik düşüncələri təkzib edirdi və iqtisadiyyata mikroiqtisadi və fərdi cəhətdən yox, məcmu halda yanaşan ümumi nəzəriyyəni formalaşdırdı. Bu isə makroiqtisadi düşüncəyə (nəzəriyyəyə) ilk addım idi. O, işsizlik və böhranları izah etməyə çalışan zaman müəyyən edib ki, böhtan zamanı insanların və şirkətlərin pula olan ehtiyacı artır və investisiya qoyuluşu həyata keçirməkdən qaçırlar. Həmçinin Keyns, klassik məktəbin nümayəndələrinin “bazarlar həmişə tarazlıqdadır, bazarda əlavə məhsul qalmır və hamsı reallaşır və işçi qüvvəsi boş dayanmır” kimi ideyalarını etibarsızlığını irəli sürüb. Keynsin davamçıları onun nəzəriyyəsi ilə neoklassik nəzəriyyəni birləşdirərək neoklassik sintez yaradıblar. Baxmayaraq ki, Keynsin nəzəriyyəsi qiymət səviyyəsi və inflyasiyaya diqqət yetirməmişdi, sonradan Keynsçilər qiymət səviyyəsinin dəyişməsi modeli olan “Fillips əyrisini” qəbul ediblər. Bəzi Keynsçilər isə bu nəzəriyyənin bazar tarazlığı modeli ilə sintez edilməsinə qarşı idilər. Onlar qeyri-tarazlıq modelini müdafiə edirdilər. Milton Fridman tərəsindən əsası qoyulmuş nəzəriyyənin davamçıları olan Monetaristlər bəzi Keynsçi ideyaları, xüsusilə pula olan tələbin vacibliyini qəbul edir, amma pul təklifinin inflyasiyaya təsirinin olmamasını təkzib edirdilər.
Yeni Fikir Müsabiqəsi
Yeni Fikir (ing. New Idea) — İnkubasiya və Akselerasiya mərkəzi və eyniadlı startap müsabiqəsi. Yeni Fikir startap müsabiqəsi 2013-cü ildən etibarən keçirilir. İndiyə kimi 6 dəfə həyata keçirilən müsabiqəyə 977 startap layihəsi cəlb olunub ki, onlardan seçilən ən perspektivli 40 startap layihəsinin inkişafı inkubasiya xidmətləri, cümlədən toxum investisiya imkanları ilə dəstəklənib. Bununla belə, proses zamanı minlərlə biznes təşəbbüskarına startap biznesində innovasiyalar və sahibkarlıq fəaliyyəti istiqamətində təlim və mentorluq xidmətləri verilib. 2013-cü ildən etibarən müsabiqə çərçivəsində cəlb olunmuş startapların, eləcə də innovasiya ekosisteminin inkişafınatəqribən 260,000$ investisiya qoyulub. Belə ki, keçirilən hər bir müsabiqə müddətində yeni startapların formalaşması, həmçinin mövcud startapların inkişaf etdirilməsi istiqamətində təlim və mentorluq xidmətləri verilmiş, seçilmiş ən perspektivli startapların inkişafı isə inkubasiya xidmətləri, o cümlədən toxum investisiya imkanları ilə dəstəklənmişdir. Yeni Fikir perspektivli startapların inkişafı üçün müstəqil fəaliyyət göstərən 2 İnkubasiya və Akselerasiya mərkəzini özündə birləşdirir. Yeni Fikir MMC hazırda müxtəlif universitet və elmi tədqiqat müəssəsiləri, eləcə də Azad İqtisadi Zonalar Agentliyi, KOBİA və müxtəlif özəl şirkətlərlə əməkdaşlıq edir.
Yeni fikir (qəzet)
Yeni fikir — Tiflisdə Azərbaycan dilində çap olunan həftəlik qəzet. İlk nömrəsi 1922-ci ilin yanvarında, son nömrəsi 1927-ci ilin mayında (cəmi 1397 nömrə) çıxmışdır. 1923-cü ilin yanvarından Zaqafqaziya MİK və XKŞ-nın orqanı kimi gündəlik nəşr edilirdi. Müxtəiif vaxtlarda Həsən Səbri, Böyükağa Talıblı, Dağlı Rəsulzadə, Mirzə Davud Hüseynov, Rzaqulu Nəcəfov qəzetin baş redaktoru olmuşlar. "Yeni fikir"-də Cəlil Məmmədquluzadənin yaradıcılığına, onun Tiflis teatrının səhnəsində tamaşaya qoyulmuş əsərlərinə, fəaliyyətinin Tiflis dövrünə dair məqalə və resenziyalar nəşr edilirdi. Qəzet öz nəşrini Bakıda davam etdirən "Molla Nəsrəddin" jurnalı, onun ideya məzmunu, əsas tənqid hədəfləri, dili və s. bağlı müxtəlif yazılar da vermişdir. Ümumiyyətlə, 1923-1926 illərdə Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığında baş verən bütün əsas hadisələr "Yeni fikir"-in səhifələrində öz əksini tapmışdır. Lakin qəzetdə Cəlil Məmmədquluzadənin haqqında obyektiv, əsaslı məqalə və resenziyalarla birlikdə, bir sıra qeyri-dəqiq, iddialı, yazıçının yaradıcılığını proletkultçuluq mövqeyindən təftiş edən materiallara da yer verilirdi. Azərbaycan mətbuatı Molla Nəsrəddin jurnalı Cəlil Məmmədquluzadə Ensiklopediyası.
Yeni fikir (dəqiqləşdirmə)
Yeni fikir — Tiflisdə Azərbaycan dilində çap olunan həftəlik qəzet. "Yeni fikir" qəzeti — Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən ali məktəb qəzeti. Yeni Fikir — İnkubasiya və Akselerasiya mərkəzi və eyniadlı startap müsabiqəsi.
Kim milyonçu olmaq istəyir?
Kim milyonçu olmaq istəyir? (ing. Who Wants to Be a Millionaire; çox vaxt qeyri-rəsmi olaraq Milyonçu (ing. Millionaire) adlanır) Devid Briqqs, Mayk Uaythill və Stiven Nayt tərəfindən yaradılmış Britaniya mənşəli beynəlxalq televiziya oyun şousu franşizasıdır. Hal-hazırda Sony Pictures Televiziyasına məxsus olan və lisenziyası olan formatda, müsabiqə iştirakçıları bir çox oyun şousu janrının konvensiyalarına uyğun gələn formatda böyük pul mükafatları qazanmaq üçün bir sıra çox seçimli sualları həll edirlər - radioya bənzər bir anda yalnız bir iştirakçı oynayır. viktorinalar; müsabiqə iştirakçılarına cavab vermək qərarına gəlməzdən əvvəl sual verilir və suallara cavab vermək üçün vaxt məhdudiyyəti yoxdur; və getdikcə çətinləşən sualları həll etdikcə təklif olunan məbləğ artır. Formatın əksər versiyalarında təklif olunan maksimum pul mükafatı, Böyük Britaniyada bir milyon funt sterlinq və ya Hindistanda 75 milyon rupi kimi yerli valyutada arzu olunan dəyərdir. Orijinal ingilis versiyası 4 sentyabr 1998-ci ildə İTV şəbəkəsində debüt etdi, aparıcı Chris Tarrant, 11 fevral 2014-cü ildə final epizodunu təqdim etdi, bundan sonra şou dayandırıldı. Ceremi Klarksonun aparıcılığı ilə 2018-ci il mayın 5-dən 11-dək yayımlanan 20-ci ildönümünü qeyd etmək üçün yeddi epizoddan ibarət yenidən canlandırılmış seriya. Dirçəliş tənqidçilər və pərəstişkarlarından əsasən müsbət rəylər, eləcə də yüksək baxış rəqəmləri aldı və bu, İTV-nin şounu daha bir neçə serial üçün yeniləməsinə səbəb oldu.
Yarasa olmaq nə deməkdir?
«Yarasa olmaq nə deməkdir?» (ing. «What is it like to be a bat?», rus. «Каково быть летучей мышью?») — amerikalı filosof Tomas Nagelin 1974-cü ildə Philosophical Review jurnalında dərc edilmiş və şüur ​​tədqiqatı üçün klassika çevrilmiş məqaləsi. Məqalədə Tomas Nagel o dövrdə elmdə və analitik fəlsəfədə psixofiziki problemin həllinə dominant yanaşma olan fiziki reduksionizmi tənqid etmişdir. Nagelin fikrincə, varlıq ancaq o zaman şüurlu ola bilər ki, o varlıq “nədirsə”, yəni dünya həmin varlığın subyektiv nöqteyi-nəzərindən dərk olunduqda. Zehni hadisələri beyindəki fiziki proseslərlə eyniləşdirmək cəhdi, Nagelin fikrincə, şüurun özünün mahiyyəti olan şüurun subyektiv təbiətinə görə uğursuz olur. Odur ki, insanda olmayan exolokasiya orqanının köməyi ilə ətraf aləmi qavrayan yarasa olmağın nə demək olduğunu heç bir insan təsəvvür edə bilməz. Elm isə müşahidəçidən və onun subyektiv təcrübəsindən asılı olmayaraq yalnız obyektiv faktlarla fəaliyyət göstərir. Elmi metoddan istifadə edərək şüurun mahiyyətini dərk etməyin mümkünsüzlüyündə israr edən filosoflar Nagelin bu məqaləsindən bir növ öz baxışlarının manifestosu kimi istifadə edirdilər. Tomas Nagel məqaləsində müasir şüur ​​elmində ən məşhur sualı qoydu: yarasa olmaq nə deməkdir?
Əmlaka sahib olmaq hüququ
Yeni fikir (qəzet, 1922)
Yeni fikir — Tiflisdə Azərbaycan dilində çap olunan həftəlik qəzet. İlk nömrəsi 1922-ci ilin yanvarında, son nömrəsi 1927-ci ilin mayında (cəmi 1397 nömrə) çıxmışdır. 1923-cü ilin yanvarından Zaqafqaziya MİK və XKŞ-nın orqanı kimi gündəlik nəşr edilirdi. Müxtəiif vaxtlarda Həsən Səbri, Böyükağa Talıblı, Dağlı Rəsulzadə, Mirzə Davud Hüseynov, Rzaqulu Nəcəfov qəzetin baş redaktoru olmuşlar. "Yeni fikir"-də Cəlil Məmmədquluzadənin yaradıcılığına, onun Tiflis teatrının səhnəsində tamaşaya qoyulmuş əsərlərinə, fəaliyyətinin Tiflis dövrünə dair məqalə və resenziyalar nəşr edilirdi. Qəzet öz nəşrini Bakıda davam etdirən "Molla Nəsrəddin" jurnalı, onun ideya məzmunu, əsas tənqid hədəfləri, dili və s. bağlı müxtəlif yazılar da vermişdir. Ümumiyyətlə, 1923-1926 illərdə Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığında baş verən bütün əsas hadisələr "Yeni fikir"-in səhifələrində öz əksini tapmışdır. Lakin qəzetdə Cəlil Məmmədquluzadənin haqqında obyektiv, əsaslı məqalə və resenziyalarla birlikdə, bir sıra qeyri-dəqiq, iddialı, yazıçının yaradıcılığını proletkultçuluq mövqeyindən təftiş edən materiallara da yer verilirdi. Azərbaycan mətbuatı Molla Nəsrəddin jurnalı Cəlil Məmmədquluzadə Ensiklopediyası.
Şotlandiya sağlam fikir məktəbi
Şotlandiya sağlam fikir məktəbi — XVIII əsrin sonu və XIX əsrin əvvəllərində Şotlandiyada yaranan fəlsəfi məktəb. 1760–1780-ci illərdə Şotlandiya məktəblərində yaranıb yayılmışdır. Ağlın intuitiv qabiliyyəti, anadangəlmə prinsiplərdən ibarət "sağlam fikir" fəlsəfəsinə əsaslanır. Devid Yumun skeptisizmi və fransız materializmi ilə mübahisələrdə formalaşmışdir. Banisi Tomas Rid, görkəmli nümayəndələri C. Osvlld, Ç. Bitti, D. Stüartdır. Ali ruhi aləmin, yəni tanrının varlığı fikrini müdafiə edirdi. Шотландская школа / Л. Б. Макеева // Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов. — М. : Большая российская энциклопедия, 2004—2017.
Olmaq və Olmamaq (Ernest Heminquey)
Olmaq və Olmamaq Ernest Heminqueyin 1937-ci ildə Çarlz Skribnerin Oğulları tərəfindən nəşr olunmuş romanıdır. Kitab Florida ştatının Key West şəhərindən olan balıqçı gəmisinin kapitanı Harri Morqandan bəhs edir . “Olmaq və Olmamaq” Heminqueyin “ Bahar selindən” sonra ABŞ-da yazdığı ikinci romanı idi. 1935-1937-ci illər arasında arabir yazılan və İspaniya Vətəndaş Müharibəsi zamanı İspaniyadan irəli-geri səyahət edərkən yenidən işlənmiş roman 1930-cu illərdə Key West və Kubanı təsvir edir və həmin vaxt və məkan haqqında sosial şərh verir. Heminqueyin bioqrafı Jeffrey Meyers romanı yazarkən Heminqueyin İspaniya Vətəndaş Müharibəsində Respublikaçı fraksiyaya verdiyi dəstəyin məruz qaldığı marksist ideologiyadan çox təsirləndiyini təsvir etdi . Əsər qarışıq tənqidi qarşılandı. Roman, Heminqueyin əvvəllər dövri mətbuatda dərc olunmuş iki qısa hekayəsindən (“Bir səfər” və “Təccarın qayıdışı”) başlanğıc fəsillərindən və daha sonra yazılan, təxminən üçdə ikisini təşkil edən bir novelladan qaynaqlanır. kitab. Hekayə müxtəlif vaxtlarda, müxtəlif personajlar tərəfindən müxtəlif nöqteyi-nəzərdən izah edilir və personajların adları həmin fəsli kimin nəql etdiyini göstərmək üçün tez-tez fəsil başlıqları altında verilir. Heminquey Harrini Depressiya Dövrünün adi bir işçisi kimi təsvir edir , dəhşətli iqtisadi qüvvələr tərəfindən Kuba və Florida arasında qaçaqmalçılıqla məşğul olan qara bazar fəaliyyətinə məcbur edilir .
Azərbaycanda ictimai-siyasi fikir. XX əsr
Dövlət və Din İctimai fikir toplusu
"Dövlət və Din" İctimai fikir toplusu — Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəşridir. Redaktoru Sadiq Mirzəyevdir. == Tarixi == İlk nömrəsi 2006-cı ilin noyabr ayında nəşr olunmuşdur. 2010-cu ilin sentyabr-oktyabr aylarında işıq üzü görmüş 5 (19)-cu sayından etibarən jurnalda rus dilində də məqalələr çap olunur. Bir müddət fəaliyyətini dayandırsa da, 2015-ci ilin yanvar ayından yenidən fəaliyyətini bərpa etmişdir. Jurnal dinşünaslıq, dinin tarixi və fəlsəfəsi ixtisasları üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında qeydiyyatdan keçmişdir. == Məzmunu == İctimai fikir toplusunun əsas qayəsi dini dəyərləri və dövlət-din münasibətlərini sağlam mövqedən işıqlandırmaq, müxtəlif millətlərin və dinlərin yaşadığı Azərbaycanda əsrlərdir mövcud olan və bu gün dünyanın bir çox dövləti üçün nümunə göstərilən tolerantlığın, birlik və bütövlüyünün zəmanəti olan azərbaycançılıq məfkurəsinin təbliğ etməkdir. Bununla yanaşı, topluda yer alan məqalələrdə dünyanın, az qala, yarısını ağuşuna almış dini radikalizm, ekstremizm və təriqətçilik, dinin siyasi alətə çevrilməsi cəhdlərinin törətdiyi və törədə biləcəyi fəsadlar diqqətə çatdırılır, müxtəlif din və milli mənsubiyyətə mənsub insanlar kimi, elm ilə dinin də "birgəyaşayışının" mümkünlüyü elmi-dini nöqteyi-nəzərdən göstərilir. Bir sözlə, "Dövlət və Din" dinindən, dilindən, irqindən asılı olmayaraq bütün dünya xalqlarının bu gün ən çox ehtiyac duyduğu maarifləndirmə missiyasının daşıyıcısıdır. Bundan əlavə, topluda dünya dilnləri, məzhəblər, təriqətlər, cərəyanlar, din fəsəfəsi, ümumilikdə, dinin bütün sahələri və dövlət-din münasibətləri ilə yanaşı, milli-mənəvi dəyərlər, Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı elmi-publisistik məqalələrlə də oxucuları tanış edir.
Kim zəngin olmaq istəyir? Milyonların Şousu (televeriliş, 2002)
Kim zəngin olmaq istəyir? Milyonların Şousu — "Kim Milyoner Olmaq İstəyir?" (ing. Who Wants To Be A Millionaire?) verilişinin Azərbaycan versiyasıdır. DJ Fatehin aparıcı olduğu bu veriliş 3 oktyabr 2021-ci ildən yayınlamağa başladı. İlk azərbaycandilli versiyası Milyonçu. Dövlətili olmaq istərdinmi? 9 avqust 2002-ci ildə yayınlamağa başlanmışdır və aparıcıları İlhamiyyə Rzayeva və Azər Axşam olmuşdur. Milyonçu. Dövlətili olmaq istərdinmi? verlişi efirdən çıxana qədər 5 il yayınlandı.

Digər lüğətlərdə